“Zərdüşt Əlizadə əsassız addım atdı...”x9d-  Ayaz Mütəllibov

“Zərdüşt Əlizadə əsassız addım atdı...”x9d- Ayaz Mütəllibov

Hazırda oxunan: “Zərdüşt Əlizadə əsassız addım atdı...”x9d- Ayaz Mütəllibov

191165
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Moderator.az -ın rus versiyasına müsahibə verib. Müsahibənin ən maraqlı məqamlarını nəzərinizə çatdırırıq:xa0

-Ayaz müəllim, 26 il əvvəl, 1991-ci ilin bu günlərində öz suverenliyini elan etmiş Azərbaycan hökuməti və xalqı respublikada ilk prezident seçkiləri keçirilmişdi. Azərbaycanda ilk dövlət başçısı seçkilərindən əvvəl hansı siyasi vəziyyət hökm sürürdü?

-Bilirsiniz, bu seçkilər keçmiş SSRİ məkanında ilk demokratik islahatlar zamanı baş tutdu. Və həmin islahatlar nəticəsində gələcək siyasi quruluşların dünya demokratik normalarına yaxınlaşmış prototipləri formalaşdı. Lakin təəssüf ki, bu cəhdlər başlanğıcdaca boşa çıxdı. Çünki Mixail Qorbaçovun Sovet İttifaqına daxili və xarici siyasətdə verdiyi azadlıq yanlış anlaşıldı.Və bütün İttifaqın siyasi quruluşunu yaxşılaşdırmaq üçün nəzərdə tutulan islahat prosesi açıq-aydın xaos və anarxiyaya çevrilərək bütün norma və qaydaların pozulması ilə nəticələndi. xa0Çünki bu yeniliklər bütün hakimiyyət orqanlarının normal fəaliyyətini təmin edəcək normativ aktlar olmadığı bir şəraitdə həyata keçirilirdi. Nəticədə Azərbaycanda da demokratik dəyişikliklərə heç cür uyğun gəlməyən bu cür xa0sapmalar ortaya çıxdı. Və ən qorxulusu o idi ki, bir çox sosialist respublikalarında olduğu kimi, Azərbaycanda da siyasi sistemin islahatları sınaqlar və səhv yollarla və ən əsası, qanunların pozulması sayəsində həyata keçirilirdi. Köhnə qanunlar artıq işləmirdi, yeni qanunlar isə yox idi. Və “demokratik islahatlar”x9d adlandırılan bu qanunsuzluq xa0ona gətirdi ki, “demokratiya”x9d sözünün özü bir növ təhqiramiz ifadəyə çevrildi. xa0Düzdü, demokratiya anlayışı özü-özlüyündə postsovet məkanında baş verən xaotik hadisə və proseslərə görə “günahkar”x9d deyildi. Xüsusilə, söhbət millətlərarası münasibətlərdən xa0gedir. Fəqət, bu və ya digər ambisiyalarla silahlanmış adamlar dəstəsi özlərini “demokrat”x9d adlandırır, xa0bütün qalanlar isə sanki bolşevik sxemi ilə “demokratiyanın düşmənləri”x9d elan edilirdi. Yəni xalq demokratiyanı bu cür anlamağa başlayırdı. Beləliklə, Sovet İttifaqının sərt totalitar sisteminin bu cür eybəcər transformasiyası xaos və millətlərarası qarşıdurmalara gətirib çıxardı...xa0

“Mən bizim xa0“demokrat”x9dlara deyirdim ki, siz bolşeviklərdən də betər davranırsınız...”x9d

Və belə bir çətin, mürəkkəb keçid dövrü xa0mənim taleyimə düşdü. Bu, bir tərəfdən, məni bir şəxsiyyət xa0kimi yetişdirib yüksəltdi. Digər tərəfdən isə Azərbaycan cəmiyyətindəki mənasız qarşıdurmalar nəticəsində məni çökürtdü. O zaman bu “demokrat”x9dlara xa0deyirdim ki, məsələ hakimiyyətdə deyil, mən hakimiyyətə xa0can atmamışam. “İqtidar hər kəs üçün çox böyük bir yükdür. Amma belə bir qismət bizim taleyimizə düşübsə, xa0gəlin, bu çətinlikləri bir yerdə dəf edək. Bilirsiniz, siz gəncsiniz, çoxunuzun hələ otuz yaşı da yoxdur ”“ sizin üçün hər şey irəlidədir...”x9d Amma təəssüf ki, onlar məni eşitmədilər. Onlara merkantillik, hakimiyyət hərisliyi, yıxıb-dağıtmaq həvəsi hakim oldu. xa0Nəticədə demokratik dəyişikliklər bolşevikcəsinə dəyişikliklərə çevrildi. Yadınızda, ötən əsrin əvvəllərində bolşeviklər hakimiyyətə gəlmək üçün nələr edirdilər? Hər cür hiyləyə əl atırdılar; rus torpaqlarını təslim etdilər, zavod və fabrikləri dağıtdılar, tətillər qaldırdılar. Mən xa0bizim “demokrat”x9dlara deyirdim ki, siz neobolşeviklərsiniz, siz bolşeviklərdən daha betər davranırsınız...

“Seçkilər tam demokratik şəkildə keçirildi ...”x9d

-Bəs bu vəziyyətdə seçkilər necə keçirildi?

- Belə çətin və mürəkkəb vəziyyətə baxmayaraq Azərbaycanda ilk prezident seçkiləri tam demokratik şəkildə keçirildi. Və hətta seçkilərdə iştirak edən bir çox qonaqlar Sovet İttifaqının tarixində ilk dəfə Azərbaycanda seçkilərin belə uğurla keçirildiyini bildirirdilər... Amma təəssüf ki, Azərbaycan Xalq Cəbhəsi xa0mənimlə birgə ümumxalq seçkilərinə getmək əvəzinə, Azərbaycanın taleyi üçün bu əhəmiyyətli tədbiri xa0boykot etmək qərarına gəldi. Məqsəd sonra guya seçkilərin qeyri-legitim olduğunu bəyan etmək və xa0gələcəkdə qanuni prezidenti xa0güc yolu ilə devirmək üçün “əsas”x9d qazanmaq idi. Bax, cəbhəçi “demokratlar”x9d belə formulla hakimiyyətə gəlməyi planlaşdırırdılar...xa0

“Prosesləri küçə, qaragüruh idarə edirdi...”x9d

Və belə bir amansız xa0ziddiyyətləri gördükdə anladım ki, Azərbaycanın Qarabağ qarşıdurması nəticəsində daha da gərginləşmiş daxili siyasi vəziyyəti xa0mənim sivil şəkildə demokratik islahatlar aparmaq üçün bütün cəhdlərimi məhv edəcək. Və o anda mən dəstək ala bilməyəcəm. Çünki prosesləri küçə, qaragüruh idarə edirdi. Və bu, mənə Azərbaycandakı xüsusi situasiyanı, ermənilərlə münaqişəni də nəzərə almaqla xa0elə mövqe, elə davranış xa0tərzi formalaşdırmağa imkan vermədi ki, bu, bizim xarici siyasəti də uğurla həyata keçirməyimizə şərait yaratsın... xa0

“...Söz verirəm ki, Azərbaycanın super demokratik rəhbəri olacağam...”x9d

Mən AXC liderlərinə deyirdim ki, bizim üçün hakimiyyət vacib deyil, bizim üçün Azərbaycanın ərazi bütövlüyüdür. Bu- ən əsasıdır. Qarabağ münaqişəsini xa0ölkənin ərazi bütövlüyü çərçivəsində həll etməyə nail xa0olacağım təqdirdə söz verirəm ki, Azərbaycanın super demokratik rəhbəri olacağam. Əlbəttə, əgər siz mənə etibar etsəniz... Və xa0o halda bu gərgin vəziyyətdən birlikdə çıxacağıq. Amma təəssüf ki, bu iş alınmadı. Buna görə çox üzüldüm...xa0

O halda mərhum prezident Heydər Əliyevin sərt, “dəmir”x9d əlinə ehtiyac yarandı. Çünki başqa bir halda Azərbaycan çökəcəkdi. Çünki AXC dövründə hakimiyyət küçələrdə idi. Bax belə...xa0

“ASDP xa0öz namizədini sonadək dəstəkləsə idi... “

-Yaxşı, bəs necə oldu xa0ki, seçkiyə tam alternativsiz getdiniz? Axı bu, avtoritarizmin göstəricisi hesab olunur”¦

-Buna “demokrat”x9dlar bilərəkdən şərait yaratdı. Əvvəla, dediyim kimi, AXC özü seçkiləri boykoy etdi. Sonra da alternativ olaraq Sosial-Demokrat Partiyası Zərdüşt Əlizadənin(AXC-nin əsasını qoyanlardan biri olub- S.L.) namizədliyini irəli sürdü. Z.Əlizadə namizəd kimi KİV-də bir neçə dəfə çıxış etdi. Fəqət, seçki ərəfəsində gözlənilmədən namizədliyini geri çəkdi. Hesab edirəm ki, ASDP-nin Zərdüşt Əlizadənin bu addımı əsassız idi. Sosial-demokratlar artıq seçkilərə getməyi qərara almışdılarsa, sonadək getməli idilər. Özü də ki, mənim ideoloji prinsiplərim social-demokratların ideologiyasına tam uyğun gəlirdi. Mən indi də özümü sosial-demokratik düşüncənin tərəfdarı hesab edirəm. Ancaq Zərdüşt Əlizadə kənara çəkildi. O getdi və mən namizəd kimi tək qaldım. Fəqət, başqa yol yox idi ”“ irəli getmək lazım idi”¦

Bu minvalla Xalq Cəbhəsi, ümumiyyətlə, seçkilərə qatılmadı. ASDP üzvləri isə seçici kimi iştirak etdilər. Ancaq son anda onların namizədi kənara çəkildi. Əgər ASDP sonacan öz namizədlərini saxlayıb ona dəstək versə idi, o halda bütün dünyaya arxayın və rəsmi şəkildə bəyan etmək olardı ki, Azərbaycanda qanuni, legitim hakimiyyət dəyişikliyi baş tutub.

-Bəs Zərdüşt Əlizadə hansı səbəbdən namizədliyini geri çəkdi?

-Bilirsiz, mən onunla şəxsən danışmadım. Bu haqda ASDP-nin bəzi üzvləri ilə danışdım. Onlar belə izahat verdilər:“Biz seçkilərdə qalib gəlməyəcəyimizi bilirdik. Lakin bu bir şans xa0idi. Ondan yararlanaraq əhali arasında təşviqat işləri apardıq, sosial demokratiyanın dəyərlərini insanlara çatdırdıq. Və bununla bizim işimiz sona çatdı... “

“Tamerlan Qarayevə güvənirdim ...”x9d

- Xalq Cəbhəsinin keçmiş fəal liderlərindən olan Arif Hacılı müsahibələrindən birində söyləyir ki, biz ilk prezident seçkilərində xa0o vaxt Ali Sovet sədrinin müavini və AXC Ali Məclisinin sədri olan Tamerlan Qarayevin namizədliyini irəli sürmək istəyirdik.. Lakin bir çox silahdaşlarımız və T.Qarayev özü seçkiləri boykot etməyi üstün tutdu. Amma biz namizədimizlə seçkilərə getsəydik, udacaqdıq ...

-Tamerlan Qarayevin namizədliyini şəxsən bəyan etmədiyini xatırlayıram. Amma o, bunu edə bilərdi. O da var ki, Tamerlan Qarayevi, demək olar ki, mən Azərbaycan Ali Sovetinin sədr müavini vəzifəsinə təklif etmişdim. Və açığını deyim ki, mən Tamerlan Qarayevə xa0güvənirdim və o, bunu bilirdi. O, sadəcə, yanıma gəlməli və xa0deməli idi ki, Ayaz Niyazoviç, biz namizədliyimizi vermək istəyirik. Özü də həmin dövrdə o, AXC Məclisinin sədri, Divan üzvü idi. Lakin o, bunu etmədi; AXC-nin partiya prinsipinə tabe oldu və seçkilərin boykot edilməsində iştirak etdi. xa0Ancaq mən ona da qəti xa0əminəm ki, hətta əgər “demokrat”x9dlar seçkilərə öz namizədləri ilə getsəydilər belə, onların qələbə çalması haqda heç söz açmağa dəyməzdi. Və onlar özləri də bunu dəqiq bilirdilər...

“Böyük əksəriyyət Mütəllibova xa0səs vermişdi ...”x9d

- O dövrkü müxalifətin Sizə qarşı ittiham kimi irəli sürdüyü arqumentlərdən biri də o idi ki, xa0 ilk prezident seçkilərində səs nəticələri həddindən artıq şişirdilmişdi: 98.5 faiz ... xa0

- Bütün bunlar boş sözlərdir. Hakimiyyət tərəfindən seçki prosesinə heç bir təzyiq olmadı. Və böyük, kütləvi əksəriyyət o dövrdə mübahisəsiz nüfuza malik olan Mütəllibova səs vermişdi. Və onu məğlub edə bilməzdilər. Məhz buna görə də Xalq Cəbhəsi boykot taktikasını seçdi ...

-Ayaz müəllim, yenicə suverenliyini bəyan etmiş, hələ SSRİ tərkibindən xa0çıxmamış xa0Azərbaycandakı ilk prezident seçkilərinə xa0Rusiya, ABŞ, İran və s. tərəfindən hər hansı müdaxilə edilmədi ki?xa0

(Davamı var)

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO