"Elit star" Cəmilə: "Yaşı 50-ni keçən müğənnilər efirə çıxıb, ərə getməsindən danışır" - VİDEO

Hazırda oxunan: "Elit star" Cəmilə: "Yaşı 50-ni keçən müğənnilər efirə çıxıb, ərə getməsindən danışır" - VİDEO

191165

"50-55-60 yaşlarında müğənnilər ərə getməyiblər, ailə qurmayıblar... Xanımlardan danışıram, kişilərdən yox. Çıxırlar efirə deyirlər ki, nişanlandım, mənə elçi gəldilər. Ayıbdır!"

Bizim.Media xəbər verir ki, bu sözləri "Elit star" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Sənətçi yaşı 50-ni ötən və nişanlandığını efirdə bəyan edən qadın həmkarlarına etirazını bildirib:

"Toylara gedirik. Evlənənlərin yaşı 30-a qədər olur. 30 yaşında ərə getməyən xanıma deyirlər ki, “qız evdə qaldı”. Yaşı 50-ni keçən qadın müğənnilər nişanlanmaqlarından danışırlar. Bunları eşidənlər bizə gülürlər. Biz sizin yerinizə utanırıq. 
Qadınlardan xahiş edirəm efirdə bu mövzular haqda danışmayın. Əgər zamanında ailə qurmayıblarsa, keçdi, getdi... "Qız qalır, qızıla dönür" misalını isə atalar düz deməyiblər. Qızın evlənmək üçün bir vaxtı var. İki oğlum var. Onları da mən 23-24 yaşında evləndirmişəm".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO