Əməkdar artist Aybəniz Haşımova Maldiv tətili zamanı qorxu dolu anlar yaşayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Günə davam” verilişində danışıb.
3 il əvvəl bloqer qızı Aynişanla adalara səyahət edən A.Haşımova bildirib ki, kərtənkələlər onu çox qorxudub:
“Maldiv adalarında olan kərtənkələlər məni çox qorxurdurdu. Orada onlar böyük ölçüdə idi. Ora yenidən getmək istəmərəm. Maldiv gözəldir. İki gündən bir yağış yağır. Hətta iki gündən bir demərəm. Təzəcə Maldivə gəlmişdik ki, qızım Aynişan mənə dedi ki, “Xəbərin var ki, Maldiv adaları birazdan yoxa çıxacaq”. Cavab verdim ki, “Qoyardın heç olmasa Bakıya çataq”. Sonra hər saniyə və hər dəqiqə düşünürdüm ki, indi Maldiv yoxa çıxacaq. Çox maraqlı idi Maldiv”.
Rəşad Əliyev, Bizim.Media