Aktrisa Sonaxanım: “Ərim gərək mənə elə xəyanət edərdi ki, barışmağa üz qoyardı” - VİDEO

Aktrisa Sonaxanım: “Ərim gərək mənə elə xəyanət edərdi ki, barışmağa üz qoyardı” - VİDEO

Hazırda oxunan: Aktrisa Sonaxanım: “Ərim gərək mənə elə xəyanət edərdi ki, barışmağa üz qoyardı” - VİDEO

189503

“Həyat yoldaşımla 13 ildir ki, ayrılmışam. Nəinki, 13 ildən sonra heç 113 ildən sonra da belə o gəlib desə ki, “Məni bağışla”, onu bağışlamaram. Bu mümkün deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətçi bildirib ki, ərinin etdiyi xəyanəti ömür boyu bağışlamayacaq: 

“Mən bir dəfə yediyim yeməyi, ikinci dəfə yemirəm. Kimsə məni təkəbbürlü hesab edirsə etsin. Bəli, mən təkəbbürlüyəm. Nə qədər kobud görsənirəmsə qoy o qədər də kobud olum. Çünki mən o yaşa gəlib çatmışam ki, yorulmuşam. Hər kəsin qabağında mülayim, sevən, qayğıkeş olsam da amma sonda heç nə ilə mükafatlandırılmadım.

Əksinə mənə qarşı elə hərəkətlər edirlər ki, sanki bütün bunları etmək borcumdur. Deyirlər ki, “Küsəndə və dalaşanda üz qoymaq lazımdır barışmağa”. Ərim mənə gərək elə xəyanət edərdi ki, bir üz qoyardı barışmağa. Nə qədər həyat yoldaşları var ki, xəyanət üstündə xanımlarını öldürürlər”. 
Qeyd edək ki, Sonaxanım Əliyeva müsahibələrində bildirib ki, keçmiş həyat yoldaşı qardaşının baldızı ilə eşq yaşayıb. Onların bir qız övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO