"Oğlum Rəşad mənim ilk övladımdır. O, çox çətin zamanda dünyaya gəlib. 1992-ci ildə... "Fəryad" filmində bir yer vardı, xəstəxananı göstərirlər. Rəşad həmin xəstəxanada dünyaya gəlib. O filmi izləyəndə mən hər zaman çox pis təsirlənirəm. Xəstəxananın içinə heç kimi buraxmırdılar. Bizim ora gedib çatmağımız isə çox çətin oldu. Yolun yarısına qədər bizi taksi apardı. Çünki icazə vermirdilər maşınlara... O vaxt anam yanımda idi. Qalan yolu biz məcburiyyətdən ayaqla getməli olduq. O diqqət edirdi ki, yolda mən yıxılmayım".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "7 tamam" verilişində deyib.
Sənətçi bildirib ki, çox çətin zamanda ana olub: "O çətinliklərə baxmayaraq, oğlum Rəşad dünyaya gələn gün sevinmək nə deməkdir, necə olur, onu elə həmin gün yaşadım.
Allah bütün xanımlara ailə qurub, övlad sahibi olmağı qismət eləsin. Allah onlara analıq duyğusunu nəsib eləsin. O zaman mən heç bilmirdim ki, oğlum dünyaya gələcək. Yanvarın 26-sı 1992-ci ildə Rəşad dünyaya gəlib. O zaman dediyim kimi çox çətin bir dövr idi. Həkim və sayra heç kimin yadına belə düşməyən məqamlar idi.
Oğluma Rəşad adını mənim anam - nənəsi verib. Anamın atasının adı Rəşid olub. O ada yaraşdırmağa çalışdı və dedi ki, oğlunun adı Rəşad olsun. Bir ildən sonra isə mənim Ləman adlı qızım dünyaya gəldi. Çox çətin oldu..."
33 il əvvəl ailə qurduğunu söyləyən K.Kərimova bildirib ki, toyunda bir çox məşhurlar iştirak edib:
"1991-ci ildə ailə qurdum. 1992-ci ildə oğlum Rəşad, 1993-cü ildə isə qızım Ləman dünyaya gəldi. 1992-ci ildə universiteti bitirdim. Universitetdə oxuyan zaman ailə qurdum. Toyumda ustadım Xalq artisti Arif Babayev, Könül Xasıyeva, rəhmətlik müğənni Elçin Cəlilov, Gülüstan Əliyeva, Vasif Məhərrəmli və digər sənət yoldaşlarım iştirak etmişdilər".
- A-
- A
- A+
Şoutaym
21:00 / 25.04.2024
Könül Kərimova: "Çox çətin zamanda ana oldum" - VİDEO
Hazırda oxunan: Könül Kərimova: "Çox çətin zamanda ana oldum" - VİDEO
Hazırda oxunan: Könül Kərimova: "Çox çətin zamanda ana oldum" - VİDEO
189006
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.