Mətanət Əsədova: “Sevdiyim şəxsi nə televizorda, nə də yanımda görə bilərsiniz” - VİDEO

Mətanət Əsədova: “Sevdiyim şəxsi nə televizorda, nə də yanımda görə bilərsiniz” - VİDEO

Hazırda oxunan: Mətanət Əsədova: “Sevdiyim şəxsi nə televizorda, nə də yanımda görə bilərsiniz” - VİDEO

187447

“Xarici görünüş olaraq mən və sevdiyim şəxs bir-birimizi tamamlayırıq. Mən həm sürətpərəst, həm də insanpərəstəm. Mənim üçün ilk növbədə ən əsas məsələ insanın tərbiyəli olmasıdır. Özüm deyib-gülən, açıq və azad insanam. Məndə qorxu hiss yoxdur. Lazım gələndə “olmazları” özüm edə bilərəm. Ona xoş olsun deyə yox... Çərçivədən çıxmağı sevmirəm. Mən əsl xanım həyatı sürürəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “7 tamam” verilişində deyib. 

Sənətçi sevdiyi şəxsin xasiyyətindən və onunla olan münasibətlərindən söz açıb:  

“İncəsənət aləmində mən müğənniyəm. Mən o yaşda deyiləm ki, kimsə mənə “onu-bunu eləmə” kimi şeylər desin. Mən bu şeyləri kiməsə demək haqqındayam, amma mənə deyiləsi deyil. Deyim ki, o məni yüz faiz fəth edib. Xeyr! Hələki otuz faizdir. Mən qarşımdakı insanın heç zaman cibini fikirləşməmişəm. Mənim üçün elə şeylər “kitabımda” yoxdur. Mənim üçün əsas qarşı tərəfin mənə olan diqqəti, hörməti və sevgisidir. Məni düzgün şəkildə sevsin. Mən onun kipriyindən biləcəyəm ki, həmin şəxs mənə düz yoxsa yalan danışır. Məni aldatmaq olmaz. O qədər həssas insanam.  Mən bunları istəmişəm. Qoy Allah məni heç bir kişinin cibinə, əlinə möhtac eləməsin. Heç qardaşımın da... Canım nə qədər var, Allah mənim səsimi əlimdən almasın. Bu balaca səsimlə bütün problemlərimi, müqəddaratımı həll edirəm”. 

Əsədova bildirib ki, onun üçün münasibətlərdə maddiyat deyil, diqqət daha önəmlidir: 

“Xoşum gəlmir ki, qarşı tərəfə deyim ki, o “konfeti” istəyirəm və onu mənə al. O özü bilməlidir ki, mən nə istəyirəm. O hansı səviyyədə olduğumu bilib, o səviyyədə də mənə yanaşmalıdır. O bilməlidir ki, Mətanətdir. Zövqdən başı çıxan, hər şeyin orijinalını sevənəm. Mən dədəmin (atasını nəzərdə tutur – red.) evindən belə çıxmışam. Mən əlimə mikrofon alıb, geyim-keçim, var-dövlət, pul, zövq görmədim. Mən bunların hamısını görə-görə gəldim. Qarşımdakı insan da bilməlidir ki, necə məni təəccübləndirə bilər. Məni var-dövləti ilə deyil, diqqəti ilə təəccübləndirə bilər. Əgər mən ona desəm ki, bu gülü mənə al, o gül açılanda solsun... Nəyimə lazımdır “O gülü mənə al” deməyim. O özü gedib o gülü alsın. Sevdiyim şəxs olduğum verilişlərinin hamısına baxır”. 

Proqramın aparıcısı Nanə Ağamalıyevanın “Məni sevdiyiniz şəxslə tanış edəcəksiniz?” sualına Mətanət “Heç vaxt” deyərək, fikirlərini belə davam edib: 

“Sevdiyim şəxsi televizorda görməsələr yaxşıdır. Bu hay-hayda, ilin bu vaxtında. Onu heç kim görə bilməz. Ətrafımda çox insan görə bilərlər. Amma ağıllarına belə gəlməz ki, o insan kimdir. Mən artıq bu qərara gəlmişəm. O qədər yaxın bildiyim insanları süfrə başına çəkmişəm, iki kəliməni danışıb, üçüncüdə isə göz yaşım ovucumdadır. O mənim o göz yaşımdan “kino” çəkib paylaşıb. Ona görə də, zooparka gedib dərdimi heyvanlarla bölüşürəm”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO