Xəbər verdiyimiz kimi, mərhum meyxana ustadı Nizami Rəmzinin qızı Heyran “Elgizlə izlə” ictimai-sosial verilişinin efirinə çıxaraq özünü onun atasının qızı olduğunu iddia edən Reyhandan DNT testi tələb edib.
Bizim.Media xəbər verir ki, sənətkarın qızı aparıcı Elgiz Əkbərlə həmsöhbət olub.
Söhbət əsnasında Heyran bildirib ki, Reyhan yalandan astma xəstəsi olduğunu söyləyərək ondan dəfələrlə pul alıb:
“Reyhan müsahibəsində məni bir bacı kimi dandığı üçün məndə ondan həqiqətəndə atamın qızı olub-olmadığını öyrənmək üçün verilişdə DNT testindən keçməsini tələb edirəm. Mən ona çox yaxşılıqlar etmişəm. Mənim əlimdə sübutlarım var. Öz kartımla onu kartına dəfələrlə pul göndərmişəm. Ona sual verdim ki, “Reyhan niyə belə arıqlamısan?” Cavab verdi ki, “Astma xəstəsiyəm”, amma əslində o, narkotik aludəçisi imiş. Dəfələrlə ona maddi yardımlar etmişəm”.
Qeyd edək ki, özünü Nizami Rəmzinin qızı kimi təqdim edən Reyhanın narkotik asılılığından əziyyət çəkməsi və səfil həyatı yaşaması ilə bağlı bloger Nail Kərimli sosial şəbəkə hesabında məlumat paylaşıb. Bundan sonra o, Reyhanı onun istəyi ilə reabilitasiya mərkəzlərinin birinə müalicəyə göndərib. Reyhan hazırda orada müalicə alır.
- A-
- A
- A+
Şoutaym
15:24 / 06.04.2024
Nizami Rəmzinin qızı: "Atamın övladı olduğunu deyən qadın bizi aldadıb” - VİDEO
Hazırda oxunan: Nizami Rəmzinin qızı: "Atamın övladı olduğunu deyən qadın bizi aldadıb” - VİDEO
Hazırda oxunan: Nizami Rəmzinin qızı: "Atamın övladı olduğunu deyən qadın bizi aldadıb” - VİDEO
185957
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.