“Yeni evə köçmüşəm. Artıq uşaqlarım deyir ki, bəsdir, köçdük bir evdən digərinə. Cavab verirəm ki, yaxşı. Görürəm ki, evin yerləşdiyi ərazi xoşuma gəlmir, satıram, başqa evə köçürəm. Mənim bir evi satıb digərinə köçməyim qonşularla əlaqəli deyil”.
Bizim.Media xəbər verir ki, bu sözləri Renka ləqəbi ilə məşhurlaşan rəqqasə Rəna Ağamuradova qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Sənətçi aldığı yeni mənzilindən söz açıb:
“Hazırda aldığım ev Azərbaycan Televiziyası (AzTV) tərəfdədir. Yəni Badamdar ərazisində. Bağ evim isə Mərdəkandadır”.
Qeyd edək ki, Rəna Ağamuradovanın Murad adlı bir oğlan və Namiliya adlı bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media