Günel Məhərrəmova:

Günel Məhərrəmova: "İlhamə Quliyeva "Azəri star"da qalib olmağımı istəmirdi" - VİDEO

Hazırda oxunan: Günel Məhərrəmova: "İlhamə Quliyeva "Azəri star"da qalib olmağımı istəmirdi" - VİDEO

182292

"Mən məcburi köçkün olmuşam. Şükür Allaha ki, torpaqlarımız işğaldan azad olundu. Mən Füzuli şəhərindənəm. Bizim o qədər də maddi imkanımız olmayıb ki, mən özümə nələrsə alım. O zamanlar haqqımda çox sayda dedi-qodular yayılmışdı. Deyirdilər ki, sponsorum var və “"Azəri star" mahnı yarışmasında özünə səs verir”".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Günel Məhərrəmova qonaq olduğu "Xəbər - ətər" verilişində deyib.

Sənətçi bildirib ki, anasının yığdığı 1000 manat pulu illər əvvəl iştirak etdiyi "Azəri star" mahnı müsabiqəsinə xərcləyib:

"Hər bir insanın evində güman yeri olur. 1000-2000 manat arası "arxasında" pulu olur. Mən anamın yığdığı 1000 manat pulla "Azəri star" mahnı müsabiqəsi başlayandan bitənə qədər az-az saçıma, geyimimə və s. şeylərə xərcləmişəm. Özümə o pulla səs də göndərmişəm. O zaman nə səs göndərəcəkdim ki,... Müsabiqədə 101 min səs toplamışdım. O sms-ləri bir yerə toplayanda hardasa 40-50 manat edir. Mənim onda pulum nə "gəzirdi"? O qədər pulum olsaydı özümə ev alardım..."

Günel vurğulayıb ki, sözügedən yarışmanın münsiflərindən olan mərhum Xalq artisti İlhamə Quliyeva onun müsabiqədə qalib olmasını istəməyib:

""Azəri star" mahnı yarışmasında haqqıma girmişdilər. O vaxt haqqımda xoş olmayan şeylər danışırdılar. Sözügedən müsabiqədə birinci yerə çıxanda, o yerin haqqını verdim. İlk addımlarımda səsim yaxşı işləmirdi, yaxşı mahnılar repertuar seçmirdim. O zamanlar çox enerjili idim. O zamanlar hər çıxışım rəqqaslarla idi. 

Rəhmətlik İlhamə Quliyeva müsabiqədə məni birinci etdi. O qədər söylədi ki, bu qıza səs verməyin. Amma xalq əksinə, daha çox mənə səs verdi. İnsanlar sanki acığa düşdü və mənə səs verdilər. Nədənsə, İlhamə Quliyeva istəmirdi ki, mən yarışmada birinci olum. O istəyirdi ki, müsabiqədə oğlan qalib gəlsin. Xalq da baxdı dedi ki, “niyə görə Günel birinci olmasın ki,...” Qurban olum millətimə! Sağolsun xalqımız məni birinci etdi "Azeri star" yarışmasında".
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO