Mehriban:

Mehriban: "Zeynəb Xanlarova yeganə ulduzdur ki, mənim də əlim çatmır" – VİDEO 

Hazırda oxunan: Mehriban: "Zeynəb Xanlarova yeganə ulduzdur ki, mənim də əlim çatmır" – VİDEO 

182098

"Üçüncü sinifdə oxuyanda Zeynəb Xanlarovanın yanında qalırdım. Evimizdə lal dilində danışılırdı. Mən heç nə başa düşmürdüm. Kimsə nəsə deyəndə gərək, işarə ilə göstərərdi". 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Xanlarova qonaq olduğu "Həftənin qonağı" verilişində deyib. 

Aktrisa bibisi, Xalq artisti Zeynəb Xanlarovanın yanında böyüdüyünü bildirib: 

"Böyük bacımla birlikdə ona verildik. Orada baxdılar bizə. Bilmirəm, bizi çox istədi və götürdü. Uşaq idim, səbəbi bilmirdim. Bəlkə atama kömək edirdi. Bütün xərclərimizi ödəyirdi. Evdə çalışanlar var idi. Amma bacımla mən də iş görürdük. Ev də sadə idi, heç hiss etdirmirdi ki, ulduzdur. Səkkizinci sinifdə oxuyanda onun yanından getdim. Nənəm bizi çox istəyirdi. Ömürboyu əlinə keçəni bizim evimizə daşıyırdı". 
Verilişin aparıcısı Ülvira Qarayevanın "Zeynəb Xanlarovanı görürsünüz?" sualına Mehriban "Siz necə, mən də elə. Əlçatmaz ulduzdur. Gedir xaricə, gəlir. Hərdən görürəm" cavabını verib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO