"Tövlədən səhnəyə gəlib, bizi bəyənmirlər".
Bizim.Media xəbər verir ki, bu sözləri Damla ləqəbi ilə məşhurlaşan müğənni Məsumə Məmmədova qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib.
Sənətçi bildirib ki, musiqi təhsili olmasına rəğmən bir sıra həmkarları ona "aşağıdan yuxarı" baxır:
"Bu sənətdə olmaq üçün illərlə təhsil almışam. Amma bəzi şəxslər var ki, bütün bunlara rəğmən sənə aşağıdan yuxarı baxıb deyirlər ki, "Sən kimsən?" Bu gün "mənəm"... Çox istəyirəm ki, qulağımız gözəl mahnılar eşitsin. Misal üçün 10 il əvvəl mən repertuarımda elə mahnılar seçib oxumuşdum ki,..
Bir var bir müğənnini ələ salmaq üçün daş-qalaq edirlər, bir də var ki, səndə potensialı görürlər və daş-qalaq edirlər ki, “sən uğurlusan gəlmə bu səviyyəyə"”.
Rəşad Əliyev, Bizim.Media