"Biri ən bahalı, brend, marka geyimlərini geyinir, qulağındakı zinət əşyalarının qiyməti heç olmaya 10 min manatın üstündədir. Əynindəki geyimin qiyməti heç olmaya 10 min manatın üstündədir"
Bizim.Media xəbər verir ki, bu sözləri Lalə Azərtaş aparıcısı olduğu "Təsir dairəsi" ictimai-sosial verilişində deyib.
Lalə sosial şəbəkədə dəbdəbəli həyatını nümayiş edərək xoşbəxtliyin bunda olmadığını izləyicilərinə inandırmağa çalışan şəxslərə qəzəblənib:
"Mənə çatmır, adamlar isti peçin yanında əyləşib danışırlar ki, xoşbəxtlik bunlarda deyil. Sən nə bilirsən bunu? Heç əlin yana-yana, kənddə yaşayan qadınlar kimi çay, su qaynadıb, uşaq çimdirmisən? Sən heç çörəksizlik nədir bilirsən? Quru çörəyi doğrayıb, üstünə isti südü töküb uşağına yedirmək nədir, xəbərin var? Sən nə bilirsən bir geyimi neçə il geyinmək nə deməkdir? Sən özün birini təkrar geyinmirsən. Özün oturmusan dəbdəbəli həyat içində camaata ağıl verirsən.
Ucqar bölgələrdə yaşayan, odunları sobaya atıb, üstündə su isidib, balalarını çimdirən qeyrətli, ailəsinə bağlı bütün xanımların, məndən yaşca balaca da olsalar, əllərindən öpürəm".
Rəşad Əliyev, Bizim.Media