Cavanşir:

Cavanşir: "Fəhlənin işi müğənnidən yüngüldür, çətin yaşayırıq" - VİDEO

Hazırda oxunan: Cavanşir: "Fəhlənin işi müğənnidən yüngüldür, çətin yaşayırıq" - VİDEO

181839

"Bəzi insanlar elə düşünürlər ki, biz, sənət adamları milyarderik. Elə şey yoxdur. Söhbət müğənnilik sənətindən gedir. Burada milyarder olan yoxdur. Başqa sahədən gəliri varsa, onu deyə bilmərəm. Biz ancaq çalıb-oxumaqla qazanırıq. 2 ay "Məhərrəmi", 1 ay "Orucluq", mayda toy olmur, iyun, iyul, avqustda camaat gedir gəzməyə, yanvarla fevrala deyirlər ki, qar yağar toya gəlməzlər, biz qalırıq evdə. Biz toy olmayanda balıq sudan çıxanda necə ağzını yumub-açır, bax, elə oluruq".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Gəl danış" ictimai-sosial verilişində deyib.

İfaçılıq sənətinin çətinliklərdən söz açan sənətkar  fəhlələrin gördüyü işin müğənnilikdən asan olduğunu bildirib:

"Bahalı maşını kreditlə hamı ala bilər. Amma müğənnisənsə, gedirsən banka kredit deyirsən, cavab verirlər ki, sizə verə bilmərik. Əslində biz fəhlədən çox zülm çəkirik. Daş karxanasında işləyən fəhlə vaxt tapıb çay içir.

Dülgərin yanına gedirsən, deyirsən ki, bunu tez düzəldib mənə verməlisən. Söyləyir ki, “gözlə”. Soruşursan niyə? Deyir ki, “görürsən ki, çay içirəm, çörək yeyirəm”. Amma biz müğənnilər çay içə bilmirik. Biz toy başlayandan bitənə qədər çalıb-oynamalıyıq. Əgər imkan olsa, kimsə gəlib sağlıq desə, onda isti çayı boğazımız yana-yana içə bilərik. 
Biz xidmət edirik. Fəhlənin işi bizimkindən yüngüldür. Fəhlənin üstü tozlu, çirkli olur, toz-torpaqda və ya yağdəyişdirmə məntəqəsində işləyir. Amma biz səliqəli geyinib gedirik, evə gələndə köynəyi sıxırsan, suyu tökülür. Biz ölənə qədər işləyirik. Biz fəhlədən çətin yaşayırıq. Bizim işimiz fəhləninkindən də çətindir". 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO