Alla Puqaçova Rusiyada “xarici agent” kimi tanınacaq?

Alla Puqaçova Rusiyada “xarici agent” kimi tanınacaq?

Hazırda oxunan: Alla Puqaçova Rusiyada “xarici agent” kimi tanınacaq?

181483

Rusiyanın Xalq artisti Alla Puqaçovanın “normal insanlar Rusiyaya qayıtmayacaq” sözlərindən sonra onun ölkəsində xarici agent kimi tanınması tələb olunur. 

Bizim.Media xəbər verir ki, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin fəalları və təşkilatın rəhbəri Vitali Borodin belə bir tələblə Rusiyanın baş prokuroru İqor Krasnova müraciət edib. Onların fikrincə, belə bir qərarın lehinə bir neçə arqument var:

Birincisi, Puqaçova xüsusi hərbi əməliyyatların fəaliyyətə başlamasından bir müddət sonra 2022-ci ilin sentyabrında Rusiyanı tərk edərək İsrailə gedib və dəfələrlə anti-Rusiya mövqeyini bildirib.  
İkincisi, müğənni artıq bir neçə dəfə xüsusi hərbi əməliyyatları tənqid etdiyinə və Ukrayna Silahlı Qüvvələrinə sponsorluq etdiyinə görə xarici agent kimi tanınan yumorist əri Maksim Qalkinə dəstəyini dəfələrlə açıqlayıb. 

Son damla Puqaçovanın ötən günki sözləri olub. Primadonna qızı Kristina Orbakayteni anormal adlandırıb, Stas Mixaylovu isə söyüb. 

Bundan əvvəl Dövlət Duması Daxili İşlər Nazirliyini Puqaçova və Qalkinin villasının "xarici agentlərin əmlakının müsadirə edilməsi haqqında" yeni qanuna əsasən müsadirə oluna biləcəyini yoxlamağa çağırıb.




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO