Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkələrdən şikayətlənib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində gənclər arasında populyar olan “TikTok” video platformasının Azərbaycanda bağlanmasını istədiyini bildirib.
“Ola bilər ki, dediyim bu sözlər çox insana xoş gəlməz. Çünki oradan insanlar pul qazanırlar. Çox gözəl olar ki, Azərbaycanda “TikTok” video platforması bağlansın. Uşaqlara mənfi təsir edir. Oğlum Əlidən eşitmədiyim sözlər eşidirəm, görmədiyim hərəkətlər görürəm. Telefondan “TikTok” proqramını silirik, amma iki gündən sonra görürük ki, özü həmin proqramı yenidən yükləyib. Deyir ki, “Ana mən özüm “nüklədim” (yüklədim)”.
Rəşad Əliyev, Bizim.Media