“33 yaşım var. Yaşadığım müddətdə öz ölkəmdə mənim qədər basqı görən insan yoxdur. Bu mənə böyük dərs olub. Bu, acı reallıqdır və bunu hamı görüb”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehdizadə qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.
Sənətçi bildirib ki, bəzən qanacaqlı olmaq qanacaqsızlıqdır:
“Mənim qədər ölkədə hədəf olan və “vurulan” insan görməmişəm. Sakit durmaq, qanacaq və qabiliyyət də bir yerə qədərdir. Hər şeyin həddi olduğu kimi bunun da bir həddi var. Məhz orada dillənməlisən”.
Rəşad Əliyev, Bizim.Media