Bu gün Bakıda nüfuzlu "Avroviziya 2009" beynəlxalq mahnı yarışmasının qalibi, norveçli müğənni və skripka ifaçısı Aleksandr Rıbakın konserti baş tutub.
Bizim.Media xəbər verir ki, Heydər Əliyev Sarayında təşkil olunan musiqi ziyafətində Aleksandr səhnəyə ölkəmizi "Avroviziya 2012"də təmsil edən Səbinə Babayeva ilə çıxıb.
Rıbak və Babayeva 2009-cu ildə sözügedən yarışmada türkiyəli müğənni Hadisənin oxuduğu "Düm Tek Tek" mahnısını duet şəklində səsləndiriblər.
Konsertdə yer alan həmin görüntüləri isə "12xal" platforması sosial şəbəkə hesabında paylaşıb.
Rəşad Əliyev, Bizim.Media