Bu görüntülərə görə “MTV Azərbaycan” kanalının yayımı DAYANDIRILACAQ - VİDEO

Bu görüntülərə görə “MTV Azərbaycan” kanalının yayımı DAYANDIRILACAQ - VİDEO

Hazırda oxunan: Bu görüntülərə görə “MTV Azərbaycan” kanalının yayımı DAYANDIRILACAQ - VİDEO

179405

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Audiovizual Şurasının keçirilən növbəti iclasında “MTV Azərbaycan” televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09.00-dan 17.00-dək 8 saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub. 

Bizim.Media xəbər verir ki, 20 fevral 2024-cü il tarixdə sözügedən kanalının efirində 12.00–15.00 arası yayımlanan prodüser Tarix Əliyevin (Tolik) aparıcısı olduğu “Tarixin bir günü” proqramının yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərini həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrıseçkilik təbliğ olunaraq onların təhqir olunması, habelə həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndirilib. 

Tolik efirdə "Valideynlər üzr istəməlidirlər, onlar uşağın yerinə utanmalıdırlar. Sən şüvəlanlıların adını necə batıra bilərsən. Şüvələndan minlərlə qeyrətli qadınlar, kişilər çıxıb. Kənd camaatı onun anasını, atasını çağırmalıdır ki, bu nə qızdır böyütmüsünüz. Şüvəlanı bu tərbiyəsizlə tanımaq lazım deyil" sözlərini dilə gətirib.

Qeyd edək ki, sözügedən proqramda həmin mövzunun işıqlandırılması zamanı “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir); 14.1.9-cu (böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir) və 15.1.5-ci (yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına media subyekti və jurnalist tərəfindən yol verilmir) maddələrinin tələblərinin pozulması faktları müzakirə edilib. 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO