"Pişik" Günel: "Ana qarışqa" əməliyyatı etdirməmişəm - VİDEO

Hazırda oxunan: "Pişik" Günel: "Ana qarışqa" əməliyyatı etdirməmişəm - VİDEO

177706

"Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərovanı  bir  müddət əvvəl xanımların bir-birinin acığına omba əməliyyatı keçirmələrini məsxərəyə qoyub "İndiki xanımlar plastik əməliyyatdan sonra olublar ana qarışqa" açıqlamasına aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Xəbərin var?" maqazin verilişində danışıb.

Ötən ilin sonlarında bıçaq altına uzanan "Pişik" Günel bildirib ki, çoxları düşündüyü kimi o "omba" əməliyyatı deyil, liposaksiya, yəni "piy sovdurma" əməliyyatı keçirib:

"Nədənsə çox insanlar elə düşünürlər ki, bədənimin müəyyən hissələrinin ölçüləri böyüyüb. Amma elə şey yoxdur. Rahat olun! Çalışırlar ki, mənim söylədiyim "ana qarışqa" mövzusunu gündəmə gətirib, üzərimə yıxmağa. Güya mən də "ana qarışqa" (omba) əməliyyatını keçirmişəm. Amma bu, belə deyil. Arxayın olun, mən "ana qarışqa" əməliyyatı etdirməmişəm. Heç o əməliyyata ehtiyac yoxdur. Biz "ana qarışqa" kimi dünyaya gəlmişik (gülür). Amma çox çətin bir plastik əməliyyat keçirdim. Əməliyyatım 7 saat davam etdi. Məndən 9 litrə qədər piy çəkdilər. Elə düşünürdüm ki, arıq qızam (gülür). Amma artıq əməliyyatlardan qorxmuram".

Müğənni həmçinin bildirib ki, yaxın zamanda yenidən plastik əməliyyat etdirəcək. Üzündə gerçəkləşməsi gözlənilən əməliyyat isə "Bella eyes" (qaş qaldırma) olacaq.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO