Xatirə İslam: “Adi şeylərin üstündə ərimlə bir-birimizi “qırırıq”” – VİDEO 

Xatirə İslam: “Adi şeylərin üstündə ərimlə bir-birimizi “qırırıq”” – VİDEO 

Hazırda oxunan: Xatirə İslam: “Adi şeylərin üstündə ərimlə bir-birimizi “qırırıq”” – VİDEO 

177510

“Fəxrəddinlə aramızda söz-söhbət düşəndə “dərinə” getmirəm. Fəxrəddinlə xoşbəxt qala bilmirik. Bir-birimizi “qırırıq” (gülür). Çox adi şeylərin üstündə dalaşırıq. İnanın ki, indi düşünürəm? amma niyə dalaşdığımızın səbəbini tapa bilmirəm. Məsələn, deyir ki, “bunu niyə bura qoymusan?”  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib. 

Həyat yoldaşı Fəxrəddin bəydən söz açan sənətçi, onun “kinli” olduğunu bildirib: 

“Mən “küsürüksə küsək, barışırıqsa barışaq” xasiyyətdəyəm. Küsülü qala bilmirəm, yadımdan çıxır danışıb, gülürəm. Amma Fəxrəddin elə deyil. Gəlib görürəm ki, hələdə “mısmırığını sallayıb, oturub”. Yadıma düşür ki, o məndən küsüb və hələ də unutmayıb. Nənəmin bir sözü var “tıncıxıram”. 

Mən “tıncıxıram” ki, mən barışmışam, amma Fəxrəddin hələdə barışmayıb. O özü deyir ki, mən kinliyəm, tez yadımdan çıxara bilmirəm. Mən isə elə deyiləm. 10 dəqiqədən sonra hər şey yadımdan çıxır. Bizdə bir dənə pis məqam odur. O məqam olmasa daha yaxşı olar. Kənardan isə mən “od”, Fəxrəddin isə “su” kimi görünür. Amma əslində belə deyil, tərsinədir”. 

“Mən 12 ildir ki, ailəliyəm. Amma bir dəfə də olsun Fəxrəddin mənim könlümü almayıb” söyləyən Xatirə “ər-arvad münasibətləri” mövzusunda fikirlərinə belə davam edib:  

“Ürəyi təmizdir, amma “sığal” çəkməsi yoxdur. Belə söhbətlər bizdə heç zaman olmayıb. Olubsa, efirə zəng edib desin. Bütün bunlara rəğmən mən Fəxrəddindən “yerlə göy qədər” razıyam. Ona olur ki, deyirəm ki, “Bir dəfə də olsun mənə demirsən ki, “8 mart –Beynəlxalq Qadınlar Günü”n və ya “Sevgililər Günü”n mübarək”. Cavab verir ki, deyir “o bayramlar nədir ki, belə... O nə deməkdir?” Başlayır həmin gün ilə bağlı tarixi danışmağa. 

Deyir ki, “Sevgililər Günü” mənim səninlə ailə qurduğum gündür. Mən də ona sual verirəm ki, bəs o günü gəlib məni təbrik etmisən? Heç olmasa onda gəl məni təbrik. And içirəm ki, məni Fəxrəddin bir dəfə də olsa, qadınlar günündə təbrik etməyib”. 

Qeyd edək ki, Fəxrəddin adlı bəylə ailəli olan Xatirənin Emil adında bir oğlu var.  
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO