İrina Şeyk ağlayan qızı ilə birlikdə Nyu-York küçələrində – FOTO 

İrina Şeyk ağlayan qızı ilə birlikdə Nyu-York küçələrində – FOTO 

Hazırda oxunan: İrina Şeyk ağlayan qızı ilə birlikdə Nyu-York küçələrində – FOTO 

177338

Dünyaca məşhur model İrina Şeyk Hollivud aktyoru Bredli Kuperdən olan altı yaşlı qızı Lea və iti ilə Nyu-Yorkda gəzərkən görüntülənib. 

Bizim.Media xəbər verir ki, qara uzun xəz palto, hündürdaban çəkmə və yaşıl sviter, “Balenciaga”dan günəş eynəyi ilə küçəyə çıxan İrinanın yanında olan övladı gəzinti boyunca əhvalsız və göz yaşı içində olub. 

Leanın ağlamağına rəğmən Şeykin reaksiya verməyərək başı “dimdik” gəzməsi gözlərdən qaçmayıb. Sosial şəbəkə əhli Leanın ağlamağını valideynlər arasında yaranan münaqişə və nifaqla əlaqələndiriblər. 
Qeyd edək ki, hazırda İrina ilə Bredli arasında “soyuq küləklər əsir”. Buna səbəb Kuperin supermodel Cici Hadidlə olan sevgi münasibətləridir. İkili bunu artıq heç kimdən gizlətmir. Onlar tez-tez Londonda əl-ələ, göz-gözə paparazzilərin obyektivinə tuş gəlirlər. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO