Ukraynalı müğənninin bu ölkəyə girişi ömürlük QADAĞAN OLUNDU - SƏBƏB 

Ukraynalı müğənninin bu ölkəyə girişi ömürlük QADAĞAN OLUNDU - SƏBƏB 

Hazırda oxunan: Ukraynalı müğənninin bu ölkəyə girişi ömürlük QADAĞAN OLUNDU - SƏBƏB 

176663

Verka Serdyuçka ləqəbi ilə məşhurlaşan ukraynalı müğənni Andrey Danilkonun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) girişinə ömürlük qadağa qoyulub. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Mash” teleqram kanalı yayıb. 

Sənətçinin sözlərinə görə, sözügedən ölkəyə girişinə qadağa qoyulması xəbərini ilk dəfə mediadan öyrənib, rəsmi sənədləri isə o, bu yaxınlarda alıb. Buna səbəb 2022-ci ilin dekabrında tədbirlərin birində etnik nifrətin qızışdırılması olub. 
Belə ki, Serdyuçka orada Rusiyanı və rusları təhqir edib. 

Qeyd edək ki, Rusiyada “xarici agent” statusu alan yumorist Maksim Qalkin də oxşar davranışa görə artıq cəzalandırılıb. O, 100 min dirhəm cərimələnib. Digər “xarici agent” statusu daşıyan rusiyalı ifaçı Morgenşternin yerli qanunların sistematik şəkildə pozulmasına görə BƏƏ-yə girişi ömürlük qadağan edilib. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO