"Bu həyatda sevgi görmədim. Yalnız bu dünyada yalan və saxtakar insanlar gördüm. Bu həyatda ancaq bu sənətlə xoşbəxt olmuşam (ağlayır)".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.
Sənətçi ağlayaraq həyatında saxtakar insanlarla qarşılaşdığı üçün xoşbəxt olmadığını bildirib:
"Allah mənə hər şey verdi. 15 yaşımdan pul qazanmışam. Amma xoşbəxtliyin nə olduğunu bilməmişəm. Camaat deyir ki, pulum var və mən xoşbəxtəm. Amma baxırsan ki, nəsə və nələrsə çatışmır. Ailə qurdum övladım olmadı. Həyat yoldaşımdan ayrıldım. Anam hər zaman mənə deyir ki, niskilli olma, Allah sənə hər şey verib. Sevgidən danışanda... O qədər saxta insanlar görmüşəm. Artıq heç kimə inamım yoxdur".
- A-
- A
- A+
Şoutaym
21:44 / 04.02.2024
Mənzurə efirdə AĞLADI: "Xoşbəxtliyin nə olduğunu bilmədim" - VİDEO
Hazırda oxunan: Mənzurə efirdə AĞLADI: "Xoşbəxtliyin nə olduğunu bilmədim" - VİDEO
Hazırda oxunan: Mənzurə efirdə AĞLADI: "Xoşbəxtliyin nə olduğunu bilmədim" - VİDEO
176571
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.