Pandemiya dövründə Azərbaycandan Rusiyaya köçüb orada müğənnilik fəaliyyətini davam etdirən Fədayə Laçın arxiv paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi 27 il əvvəl Mərdəkanda baş tutan konsertdə çıxışının görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, maraqlı bir faktın üstünü açıb.
Fədayə bildirib ki, sözügedən konsertə ayağına geyindiyi qara rəngli ayaqqabını o illər əvvəl Bakıda fəaliyyət göstərən "Aeroport yarmarkası" deyə tanınan alış-veriş mərkəzindən alıb.
Rəşad Əliyev, Bizim.Media