Çinarə ilə evli olub boşanan aktyorun yenidən ailə qurduğu ÜZƏ ÇIXDI - VİDEO

Çinarə ilə evli olub boşanan aktyorun yenidən ailə qurduğu ÜZƏ ÇIXDI - VİDEO

Hazırda oxunan: Çinarə ilə evli olub boşanan aktyorun yenidən ailə qurduğu ÜZƏ ÇIXDI - VİDEO

176445

Aktyor Əlibəy Məmmədlinin evli olduğu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu haqda Əlibəy qonaq olduğu "10-da görüşək" səhər şousunda məlumat verib.

Aktyor bu evlilikdən bir oğlan övladının da dünyaya gəldiyini açıqlayıb:

"Subay deyiləm, evliyəm. Bir-iki il olar ki, ailə qurmuşam. Pandemiya ərəfəsinə təsadüf edir. Hətta Agah adında bir oğlan övladım da var. Mən böyük toy etməmişəm, ailəiçi məclisim olub. 

Ailə qurduğum xanım mənimlə uşaqlıqdan tanışdır. Məni başqa insan anlamayacaq deyə onunla ailə qurdum. O, mənim uşaqlığımı görməli idi ki, indi əsəblərimə tab gətirə, hər halımı qəbul edə bilsin. Ona bu məsələlərdə çox təşəkkür etmirəm ki, arxayınçılıq yaranmasın".
Qeyd edək ki, illər əvvəl Əlibəy Məmmədli müğənni Çinarə Məlikzadə ilə ailəli olub. Lakin onların evliliyi heç bir il çəkməyib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO