Qızını məktəbə yola salan Bredli Kuper İrina Şeykdən niyə qaçır?

Qızını məktəbə yola salan Bredli Kuper İrina Şeykdən niyə qaçır?

Hazırda oxunan: Qızını məktəbə yola salan Bredli Kuper İrina Şeykdən niyə qaçır?

176208

Əvvəllər münasibətləri isti olan supermodel İrina Şeyk və Hollivud aktyoru Bredli Kuperin arası soyuyub. 

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, buna səbəb altı yaşlı qızları Leanın məktəbinə ayrı-ayrılıqda gəlməsi olub.  

“Bredli kiçik qızını məktəbə gətirdi və 5 dəqiqə sonra İrina içəri girdi. Onlar bir-birindən qaçırlar və məsafəni saxlayırlar. Bir-birinə məhəl qoymadıqları isə hərəkətlərindən aydın sezilib. Az sonra Şeyk bir fincan qəhvə içmək üçün məktəbdən çıxıb və sonra “Mən qayıtdım”, - deyə insayder mənbə məlumat verib.  

Məşhur cütlüyün aralarında dəqiq nə baş verdiyi məlum deyil, lakin ulduzların əhatəsində olanlar deyirlər ki, Bredli model Cici Hadidlə görüşməyə başlayandan sonra onların münasibətləri gərginləşib.  
Məlumata görə, Şeyk Bredli ilə Cicini özü tanış edib, lakin görünür, aralarında romantik hisslərin yaranacağını gözləməyib. 

Maraqlıdır ki, Kuper və Hadid bu yaxınlarda münasibətlərini gizlətməyi dayandırıblar. Belə ki, Londonda istirahətdə olarkən onlar əl-ələ tutub gəzib, paparassilərdən idə gizlənməyiblər. İnsayderlərin fikrincə, onların münasibətləri getdikcə istiləşir.  

Qeyd edək ki, Cicinin 2021-ci ildə ayrıldığı keçmiş sevgilisi Zeyn Malikdən Hai adlı bir qızı var. Onların son ayrılmasına səbəb Zeynin Cicinin anası ilə mübahisəsi olub.  

İrinanın özü, şayiələrə görə, Jizel Bundhenin keçmiş əri Tom Bradi ilə görüşür, lakin onların bu münasibətləri ciddi adlandırıla bilməz. Bradi daha çox idman karyerasına diqqət yetirir. İddialara görə, Şeyk ciddi münasibət istəyir. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO