"Əvvəlki üzüyumşaq Şəbnəm Tovuzlu deyiləm, sizinlə qanunla danışacağam" - VİDEO

Hazırda oxunan: "Əvvəlki üzüyumşaq Şəbnəm Tovuzlu deyiləm, sizinlə qanunla danışacağam" - VİDEO

176002

"Zamanında getdiyim verilişlərdə üzüyumşaqlığımdan, sadəliyimdən, mehribanlığımdan çox istifadə olundu. Bu son vaxtlar da olur. Xahiş edirəm, ailə üzvlərimin adı ilə bağlı zarafat etməsinlər. Hər kəs özü ilə məşğul olsa, daha yaxşı olar".

Bizim Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.

Sənətçi ötən gün qonaq olduğu "Xəbər-ətər" verilişində aktyor Fərda Aminin səsləndirdiyi "Əvvəl "hacı" deyəndə müqəddəs torpaqlar, indi isə Şəbnəm yada düşür" sözlərini yada salaraq, aparıcılara və şou əhlinə efir vasitəsi ilə sonuncu dəfə xəbərdarlıq ünvanlayıb:

"Sənət dostlarımdan, aparıcılardan da bunun kimi şeylər eşitsəm, efiri tərk edəcəyəm. Verilişi tərk etmək ola bilər ki, onlar üçün fərq edər və ya etməz. Niyə də olmasın, sevilən bir ifaçıyam. Amma həm də həmin aparıcı ilə çox böyük mübahisəmiz ola bilər, çox dərinə də gedə bilərəm. Buna görə istəmirəm ki, getdiyim efirdə mənim ailəm, övladlarım haqda danışılsın. 

Əziyyətlə bu yerə çıxmışam, bəhrəsini də görürəm. Məni sevən xalqım var, buna görə də mənə toxunmayın. Fərdanın verilişdə xətrinə dəymək istəmədim, illərin dostudur. O, insanları güldürə bilən insandır. İstəmədim nəsə deyim, amma xoşuma gəlmədi. Bundan sonra bir efirdə heç kimdən o sözü eşitməyim. Eşitsəm, çox böyük mübahisəmiz düşəcək. 
İnanın ki, dərinə də gedən insanam. Əvvəlki üzüymuşaq Şəbnəm deyiləm, artıq hər kəsi yaxşı tanıyıram. Qanun və qaydamız var. Reytinqə görə niyə məni incidirsən? Olmaz, xoşum gəlmir".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO