Xəbər verdiyimiz kimi, ötən gün aparıcı Zaur Baxşəliyevin qəfil səhhəti pisləşdiyu üçün ATV kanalında yayımlanan "Bizimləsən" proqramının yayımı yarımçıq dayandırılıb.
Bizim.Media xəbər verir ki, Zaur bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Zaurun verilişinin yayımı dayandırıldı
O hazırda özünü yaxşı hiss etdiyini bildirib:
"Dünən çox narahat idim. Səhhətimdəki problemlə bağlı verilişi dayandırmaq məcburiyyətində qaldım. Gördüm ki, təzyiqim o qədər yüksəlib ki, proqramı aparmaq mümkün deyil. Bu gün yenidən sizinlə bərabər olacayıq. Dünən sadəcə yarımçıq dayandırmaq məcburiyyətində idim. Diqqətinizə, sevginizə, dualarınıza görə çox sağolun. Sevən-sevməyən hər kəsə minnətdaram. Allah heç kimi sağlamlığı ilə sınağa çəkməsin".
Rəşad Əliyev, Bizim.Media