Şəbnəm ilə İlahə arasında QALMAQAL: “Ona artıq hörmətim yoxdur” – VİDEO 

Şəbnəm ilə İlahə arasında QALMAQAL: “Ona artıq hörmətim yoxdur” – VİDEO 

Hazırda oxunan: Şəbnəm ilə İlahə arasında QALMAQAL: “Ona artıq hörmətim yoxdur” – VİDEO 

173971

Müğənni İlahə İbadovanın efirlərin birində söylədiyi “Şəbnəm Tovuzlunun oxuduğu mahnıları sevmirəm. Şəxsiyyət olaraq da Şəbnəmi tanımıram. Mən Şəbnəmin sənətini görməmişəm.

Efirdə oxuduğu mahnılarını da sevmirəm. Mən bunu efir qarşısında deyirəm. Kimlərsə də məni bəyənməyə bilər. Bu isə normaldır” sözlərə həmkarı Şəbnəm Tovuzlu (Əsədova) sərt reaksiya verib. 

Bizim.Media xəbər verir ki, Şəbnəm bu haqda qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb. 

Şəbnəm bildirib ki, İlahə ilə aralarında inciklik yaşandığı üçün münasibətləri kəsilib: 

“Zaman var idi ki, İlahə ilə “salam-sağ olumuz” vardı. Ona hörmətim də vardı. Amma var idi... İlahə söylədi ki, məni də, şəxsiyyətimi də tanımır. Burada isə səhv danışdın. Sən məni niyə tanımırsan ki? Sən məni çox gözəl tanıyırsan. Bəzi sənətçilər var ki, onlar sırf kameraya “işləyir”. Amma belə kameraya “işləməyin”, real həyatda necəsinizsə, kamera önündə də elə olun. Mənim sözüm İlahəyədir. Onun hansısa sözü xətrimə dəymişdi və münasibətimiz kəsilmişdi. Amma bizim elə də güclü münasibətimiz olmayıb. Amma deyə bilərdi ki, Şəbnəmi kütlə sevir və onun öz kütləsi var.

Deyir ki, mən onun mahnılarını eşitməmişəm. Necə, yəni eşitməmisən? Bəlkə də avtomobilində disk şəklində mənim oxuduğum mahnılar var. Əgər dinləmirsinizsə, o zaman niyə verilişdə hind notlarında bir mahnı oxudunuz. Muğam ifaçısı idinizsə, bu cür mahnı yox, muğam oxuyardınız. O mənim haqda çox aqressiv danışdı. O xanıma hər zaman hörmətim olub. Deyir ki, sevmirəm də... Ondansa deyin ki, Allah hamının ruzisini versin. Sevmə, kim deyir ki, sev... Ən azından tanışlığımız və ünsiyyətimiz olub. Bunları efirdə demək lazımdır. Real olun! Bir-birimizi tədbirlərdə də görmüşük, toyda da olmuşuq. Mehribanlığımız da olub... Bu söhbətlərdən sonra biz danışmamışıq”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO