Aşıq Namiq döyülməyindən DANIŞDI: “Bu hadisə mənə qarşı qurma idi” - VİDEO  

Aşıq Namiq döyülməyindən DANIŞDI: “Bu hadisə mənə qarşı qurma idi” - VİDEO  

Hazırda oxunan: Aşıq Namiq döyülməyindən DANIŞDI: “Bu hadisə mənə qarşı qurma idi” - VİDEO  

173807

“3 ay əvvəl başıma gələn hadisə qurma idi. Bir məmurun avtomobilini almaq istəyirdim. Baxıb gördüm ki, maşın məşhur markaya aiddir, amma çox ucuz qiymətə satışa çıxarılıb.

Yoxlatdırdım, dedilər ki, bu avtomobil vurulub. Sonra maşını qaytardım. Bunu oyrənən məmur mənə tələ qurdu. Evimə yaxın olan Dədə Qorqud parkı həmin məmurun ərazisidir. O tələ də bu hadisə idi. Axı, mənim yaşı 60 olan qadınla nə işim ola bilər?” 

Bizim.Media xəbər verir ki, bu sözləri aşıq Namiq Fərhadoğlu qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Sənətçi 3 ay əvvəl Dədə Qorqud parkı ərazisində başına gələn davanın təfərrüatlarından söz açıb. Namiq bildirib ki, qarşı tərəflə olan mübahisə hələ də sonlandırılmayıb, məsələ araşdırılır: 

“Mənim pis vərdişlərim yoxdur. Boş vaxtım olanda o parkda gəzirəm. Həmin qadının oğlu kimi özünü gələmə verən və mənimlə orada dalaşan şəxs məndən əvvəl gedib məni polisə şikayət edib. 5-6 gün əvvəl Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi mənə zəng edib, sual verdi ki, siz həmin şəxslərlə barışmısınız? Mən də cavab olaraq ona söylədim ki, hadisənin üzərindən 3 ay keçib, niyə indiyə kimi çağırıb dindirməmisiniz? Səbəb nədir? Əlimdə faktlar var. Boğazımdan gümüş boyunbağım oğurlanıb. Həmin şəxs polisin adından istifadə edib, cibindən vəsiqə çıxarmışdı və söyləmişdi ki, mən polis işçisiyəm. Bunlara görə niyə cinayət işi başlatmamısınız? Hətta həmin qadının hadisə baş verən zaman əlində çəkdiyi görüntülər polisdə var. Bu hadisənin davamı Dostluq Kinoteatrının yanında da davam etdi. Sual verirəm ki, o görüntülər sizdə niyə yoxdur? Barışmağa gələndə isə barışıq yoxdur. Belə bir şeylər var. Qurmadır... Mən bu sənətə gəldiyim gündən bəri çalışıblar, mənə oyunlar qursunlar, “sutka” versinlər, ləkələsinlər. Daha çox qadınlarla vurmağa çalışıblar. Amma haqq hər zaman öz yerini tapır”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO