Hüseyn:

Hüseyn: "Atam kimi gözəl musiqiçi olmasam da ondan yaxşı atayam" - VİDEO

Hazırda oxunan: Hüseyn: "Atam kimi gözəl musiqiçi olmasam da ondan yaxşı atayam" - VİDEO

173549

"Atam qədər gözəl musiqiçi olmasam da, amma atamdan yaxşı həyat yoldaşı və atayam".

Bizim.Media xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu atası, klarnet ustadı Məhəmməd bəyə həsr edilən "O üz" verilişində qonaq olarkən deyib.

Akademik Dövlət Opera və Balet Teatrının aktrisası Aysel İbrahimova ilə ailəli olan sənətçi bildirib ki, atasından fərqli olaraq zamanının çox hissəsini ailəsi və övladı Məhəmmədlə keçirir:

"Zamanımın çox hissəsini ailəmə və övladlarıma ayırıram. Amma atam həyatının çox hissəsini dostlarına ayırıb. O, vaxtını daha çox ailəsi ilə deyil, dostları ilə keçirib. Amma məndə bu tam fərqlidir. Mən ailəmə diqqət ayırmağı çox sevirəm. İnsan bəzən ona sadiq həyat yoldaşının qədrini bilmir. Gedir, xoşbəxtliyi kənarda axtarır. Əslində bu, sənin evinin içində var. Ona dəyər, qiymət ver və onunla xoşbəxt ol. Heç vaxt xəyanət etmə. 

Kişi öz övladına, ailəsinə daha çox dəyər verməlidir. Dəyər verməyib qarşılıq gözləmək isə heç düzgün deyil. Ailənizə dəyər verin. Ola bilər ki, mənim bu sözlərimi sosial şəbəkə əhli düzgün anlamayıb, yazsınlar ki, bəs sən niyə ilk ailəndən ayrıldın. Həyat qısadır. Nə bilmək olar ki, sabah bu həyatda olacağam, yoxsa yox"
Qeyd edək ki, H.Məhəmmədoğlu birinci xanımı İncidən bir neçə il əvvəl ayrılıb. Cütlüyün iki qız övladı var. Musiqiçi daha sonra ikinci dəfə Akademik Milli Dram Teatrının aktrisası və müğənni Aysel İbrahimova ilə ailə qurub. Onların bu nikahdan ötən il Məhəmməd adlı oğlan övladı dünyaya gəlib. 
 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO