Hollivud aktyoru və iki qızı Karib dənizində təyyarə qəzasında həlak oldular - VİDEO 

Hollivud aktyoru və iki qızı Karib dənizində təyyarə qəzasında həlak oldular - VİDEO 

Hazırda oxunan: Hollivud aktyoru və iki qızı Karib dənizində təyyarə qəzasında həlak oldular - VİDEO 

172290

“Sürətli yarışçı”, “Valkiriya”,  “İndiana Cons” və “Bəxt çarxı” filmlərindəki rolları ilə tanınan Hollivud aktyoru Kristian Oliver iki qızı ilə birlikdə Karib dənizində təyyarə qəzasında həlak olub. Onun 51 yaşı, qızları Annik və Maditanın 12 və 10 yaşı var idi.

Bizim.Media xarici mətbuata istiandən xəbər verir ki, Oliver Sent-Lüsiyadan Bekia adasına onun sahibi Robert Saksın idarə etdiyi yüngül təyyarə ilə uçub.

Havaya qalxdıqdan az sonra təyyarə düşməyə başlayıb. Şahid tərəfindən çəkilmiş videoda təyyarənin demək olar ki, şaquli şəkildə suya çırpılaraq batdığı görünüb.

Balıqçılar və dalğıclar qəza yerinə qaçsalar da, gəmidəkilərə kömək edə bilməyiblər. Tezliklə sahil mühafizəsinin əməkdaşları iki böyük və iki uşağın cəsədini 20 metr dərinlikdən çıxarıblar.

Sosial şəbəkə əhli artıq faciənin mistik tərəflərini müzakirə edirlər. Fakt budur ki, ölümündən bir müddət əvvəl Oliver sosial şəbəkə hesabında “The New York Times” nəşrinin jurnalistlərini "ürpərtici" adlandırdığı bir post paylaşıb. Çimərlikdə çəkilmiş fotosunun altına aktyor bu sözləri yazıb:

"Cənnətin harasındansa salamı! Cəmiyyətə və sevgiyə doğru... 2024, budur, gedirik".

Qeyd edək ki, Kristian Oliver 21 yaşında Almaniyadan ABŞ-a köçüb, burada model kimi çalışıb və aktyorluq dərsləri alıb. Hollivudda aktyor bir neçə yüksək səviyyəli rollarda çəkilib və Corc Kluni, Tobey Maquayr və Keyt Blanşett kimi “birinci sinif”  ulduzlarla işləyib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO