"Mən şou deyil, hər zaman sənət nümayiş etdirmişəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
Sənətçi bildirib ki, onun ifa etdiyi mahnılar Azərbaycan estrada musiqi tarixində dərslik kimi qalacaq:
"Fəxr edirəm ki, oxuduğum hər mahnı Azərbaycan estrada musiqi tarixində dərslik kimi qalacaq. İstər köhnə, istərsə də yeni bəstələnən mahnılar. Mənim üçün heç zaman 3 notdan ibarət mahnı bəstələməyiblər. Hər zaman diapazonu yüksək olan nəğmələr oxumuşam. Sənət nümayiş etdirdiyimə görə şouda baş verənlərdən xəbərim yoxdur".
Dadaşova, həmçinin vurğulayıb ki, heç kimin cəsarət etmədiyi 1988-ci illərdə Yeni il konsertinə dekolte libas geyinib:
"1988-ci ildə ilk konsertim çəkiləndə geyim nöqtəyi-nəzərindən mənim geyindiyim paltar hamı üçün bir yenilik idi. 1988-ci ildə AzTV-nin çəkdiyi Yeni il şənliyinə baxsanız, görərsiniz ki, orada sarı, parıldayan dekolte libas geyinmişdim. Sovet dövründə bir televiziya var idi. O da AzTV. O televiziyaya çıxmaq üçün bizi yoxlayırdılar.Yəni istədiyini geyinməyə icazə verilməzdi. Hətta aksesuarlar belə taxmağa icazə verilmirdi.
Geyim mənim üçün şou olmayıb. Geyim mənim zövgümdür. Mən əhval-ruhiyyəmə görə geyinirəm".
Rəşad Əliyev, Bizim.Media