Vəfa Şərifova:

Vəfa Şərifova: "Ərim barışmağımıza görə "Ağ şəhər"də ev bağışlayıb" - VİDEO

Hazırda oxunan: Vəfa Şərifova: "Ərim barışmağımıza görə "Ağ şəhər"də ev bağışlayıb" - VİDEO

171930

"Həyat yoldaşım Famildən ayrılmaq istəyirdim. Sonra onun peşman olduğunu və məni sevdiyini hiss elədim. Onsuz da məni sevdiyini bilirdim və buna şübhəm də yox idi. Amma soyuqluğu var idi. Ayrılmağım bir dərs oldu, istədim ki, bu addımımla hər şey düzəlsin".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.

Həyat yoldaşı, iş adamı Famil Xəlilovla əvvəlcə ayrıldığını sonra isə barışdığını açıqlayan sənətçi bildirib ki, bu barışığın şərəfinə əri ona "Ağ şəhər"də yeni tikili binada ev hədiyyə edib:

"Barışmağımıza görə Famil mənə hədiyyə verib. Amma o böyük bir hədiyyə deyil. Ərim mənə "Ağ şəhər" ərazisində yerləşən yeni tikili binaların birində mənzil hədiyyə alıb".

Qeyd edək ki, V.Şərifovanın Famil Xəlilovdan bir qız və bir oğul övladı var.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO