“Çılpaq” gecəsi ilə ölkəni ayağa qaldıran Nastyanın BAŞI DƏRDDƏ - 70 milyonluq ÖDƏNİŞ TƏLƏBİ 

“Çılpaq” gecəsi ilə ölkəni ayağa qaldıran Nastyanın BAŞI DƏRDDƏ - 70 milyonluq ÖDƏNİŞ TƏLƏBİ 

Hazırda oxunan: “Çılpaq” gecəsi ilə ölkəni ayağa qaldıran Nastyanın BAŞI DƏRDDƏ - 70 milyonluq ÖDƏNİŞ TƏLƏBİ 

171609

“Orel i reşka” səhayət verilişi ilə məşhurlaşan aparıcı və bloger Nastya İvleevanın qalmaqallı məclisinin keçirildiyi “Mutabor” gecə klubunun rəhbərliyi ondan 70 milyon rubl (təxminən 1,3 milyona manat) tələb etmək istəyir.  

Bizim.Media xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. 

Bildirilib ki, onlar Nastyanı məkanın  nüfuzuna xələl gətirməkdə ittiham edərək onu məhkəməyə verməyi planlaşdırırlar.  

Nəşr qeyd edir ki, İvleevanın imzaladığı icarə müqaviləsinə əsasən, o, Rusiya qanunvericiliyini pozmamağı və söyüşdən istifadə etməməyi öhdəsinə götürüb, həmçinin klubu nüfuzdan salmağa yönəlmiş təxribatların və ya digər hərəkətlərin olmamasına zəmanət verib.  

“Klub rəhbərliyi bizə bildirdi ki, binanı icarəyə verəndə heç bir çirkin hadisənin olacağını gözləmirdilər. Ancaq yenə də bu, baş verdi. Beləliklə, İvleevanın “əxlaqsız hadisəsi” “Mutabor”un maliyyəsinə və nüfuzuna zərbə vurdu. Müəssisəyə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları başqa qanun pozuntuları da aşkar ediblər. Hazırda klub bağlanıb və möhürlənib”, - deyə məkanın administratoru bildirib.  

Ümumilikdə, İvleeva binaları icarəyə götürmək üçün 3 milyon rubl  (təxminən 56400 manat) ödəməli idi. Nastya hələ də alkoqol üçün 960 min rublu (təxminən 18048 manat) və açıqlanmayan digər xərcləri ödəməyib. 
Qeyd edək ki, “dress code” geyim qaydalarına görə qonaqların “yarıçılpaq və çılpaq” gəlməli olduğu rezonans gecəsi dekabrın 21-də baş tutub. Hadisə ilə bağlı yayılan foto və videolar internetdə hiddət dalğasına səbəb olub. 

Tədbirin bir çox qonaqları, Nastyanın özü kimi, orada iştirak etdiklərinə görə artıq üzr istəyiblər. Buna baxmayaraq, onların üzxahlığı qəbul olunmayıb.

Beləliklə, 2024-cü il yanvarın 1-də baş tutacaq “Qış şousu” çərçivəsində Rusiyanın Xalq artisti Filip Kirkorov və müğənni Lolita Milyavskayanın çıxışları ləğv edilib. Onların əvəzinə səhnəyə Lyusya Çebotina, Həbib və Burito çıxacaq. Bu barədə şounun baş tutacağı “Live Arena”nın saytında məlumat verilib.  

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO