Ayandan özünə bahalı Yeni il HƏDİYYƏSİ - FOTO/VİDEO

Ayandan özünə bahalı Yeni il HƏDİYYƏSİ - FOTO/VİDEO

Hazırda oxunan: Ayandan özünə bahalı Yeni il HƏDİYYƏSİ - FOTO/VİDEO

171473

Müğənni Ayan Babakişiyeva bahalı Yeni il hədiyyəsi ilə diqqətləri üzərinı cəmləyib.

Bizim.Media xəbər verir ki, qızı Selena ilə Türkiyədə istirahətdə olan sənətçi özünə üzük hədiyyə edib.

Belə ki, Ayan Türkiyənin məşhur yerli zinət əşyaları markalarının birindən özünə 0.73 karatlıq brilliant "Baget" üzük alıb.

Sözügedən zinət əşyasının qiyməti isə 38 min 504 lirədir (təxminən 2217 manat). Brilliant daş-qaşlarla bəzədilən və par-par yanan üzüyü butikdə barmağına taxan Babakişiyevanın həmin anları qızı tərəfindən lentə alınıb və sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Ayan sözügedən paylaşımına "Yeni ilə işıltılı girək" sözlərini yazıb.
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO