Könül Kərimova: \

Könül Kərimova: \"O verilişə gedəndə, hörmətsiz oluram\" - VİDEO

Hazırda oxunan: Könül Kərimova: \"O verilişə gedəndə, hörmətsiz oluram\" - VİDEO

171193

“Elə verilişlər var ki, getmirəm. Hiss edirəm ki, o proqramlarda olsam, hörmətsiz olaram. Verilişin formatı mənə uyğun deyil. Bəlkə kiminsə ehtiyacı var, amma mənim o verilişlərə yoxdur."

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Efirlərə çıxmamasının səbəblərindən söz açan sənətçi bəzi həmkarlarından incidiyini dilə gətirib:

"Maqazin verilişləri var ki, müsahibə alırlar. O qədər yanlış suallar verirlər ki... Ona görə müsahibə vermirəm. Heç kim inciməsin məndən. Əziz həmkarlarım, sizə də sual veriləndə, birinci onun dərinliyinə gedin. Görün nə dərəcədə düzdür, səmimi sualdır. Sonra özünüzdən çıxıb cavab verin. Bir müddət əvvəl olmuşdu. Müsahibə alan da dostlarımızdan idi. Zarafata söz deyirəm, onun ucundan tuturlar, soruşurlar ki, nə deyə bilərsiz? Bu alimlər də başlayırlar. Biz çörək kəsirik. Fikirləşin ki,  Könül xanım bunu hansı mənada deyə bilər. Gərək diqqət edəm, bir az çaşırlar”.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO