İllər sonra efirə çıxan Ceyran Rəhimova: “Əxlaqsız danışmaq reytinq deyil” – VİDEO 

İllər sonra efirə çıxan Ceyran Rəhimova: “Əxlaqsız danışmaq reytinq deyil” – VİDEO 

Hazırda oxunan: İllər sonra efirə çıxan Ceyran Rəhimova: “Əxlaqsız danışmaq reytinq deyil” – VİDEO 

169883

“Aparıcı ilk növbədə gərək, peşəkar olsun. Verilişin 70 faizi aparıcının üzərinə düşür. Əgər aparıcı peşəkardırsa, o veriliş uğur qazanacaq. Əgər bir verilişin heyəti peşəkardırsa, o veriliş reytinq gətirəcək. “7-dən 77”yə hamı tərəfindən baxılacaq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) məşhur diktoru Ceyran Rəhimova qonaq olduğu “Xəbər-ətər” verilişində deyib. 

Uzun zamandır efirlərə çıxmayan televiziya ulduzu indiki aparıcıları qeyri-peşəkar adlandıraraq, yaddaşlarda qalmadıqlarını deyib: 

“Efirə çıxdığım zamanlar məni izləyən tamaşaçılar yaşlanıb. Amma bu gün görürsünüz ki, həmin insanların nəvələri belə deyirlər ki, evdə sizə baxırdılar. Onların yaddaşlarında qalmışam. Amma 2-3 il veriliş aparan elə müğənnilər var ki, yadda qalmırlar. Onlar sosial şəbəkə vasitəsi ilə də özlərini reklam edirlər. Yenə də yadda qalmırlar. Çünki peşəkarlıq yoxdur”. 

C.Rəhimova sosial şəbəkələrdə xoş olmayan davranış və danışıq tərzlərinə görə məşhurlaşan şəxsləri tənqid edib: 

“Sosial şəbəkədə bir insan çıxıb əxlaqsız danışırsa, özünə diqqət çəkir. Amma bu, reytinq deyil. Bu, yadda qalır ki, filankəs əxlaqsız danışıb və 2-3 ildən sonra unudulur gedir”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO