Xalq artisti Röya Ayxan tez-tez açıq-saçıq geyimlərinə görə tənqid hədəfinə çevrilən həmkarı Xalq artisti Tünzalə Ağayevadan söz açıb.
Bu haqda sənətçi Bizim.Media-nın əməkdaşı ilə söhbətində danışıb.
Röya Tünzalənin əyninə geyindiyi açıq-saçıq geyimlərin onun bədən ölçüləri üçün olmadığını söyləyib:
"Eybi yoxdur , qoy, Tünzaləni tənqid etsinlər, o da bizim yaşadıqlarımızı yaşasın (gülür). Bəlkə də tamaşaçılar Tünzalədən açıq-saçıq geyinməsini gözləmirdilər deyə, onu tənqid etməyə başladılar.
Ola bilər ki, bədən proporsiyalarına uyğun geyinmir. Arada mən də ona baxıb, elə düşünmüşəm ki, bu geyim Tünzalənin bədən ölçüləri üçün deyil. O da sənəti ilə məşğul olan xanımdır. Tünzalə qadındır. Bəlkə də bununla ona ruh gəlir, xoşuna gəlir... Açıq-saçıq geyinsin də... Geyinmirsə də qoy soyunsun. Ürəyi necə istəyir, etsin. Elə hər zaman biz soyunmayacağıq ki, qoy, bir dəfə də Tünzalə soyunsun".
Rəşad Əliyev, Bizim.Media