Nigar Şabanova: “Avtomobilimin 100 min qiyməti var” - VİDEO  

Nigar Şabanova: “Avtomobilimin 100 min qiyməti var” - VİDEO  

Hazırda oxunan: Nigar Şabanova: “Avtomobilimin 100 min qiyməti var” - VİDEO  

169113

“10 ildir ki, avtomobil idarə edirəm. Maşın sürməyi və uzun yola çıxmağı çox sevirəm. Avtomobil sürəndə heç bir yorğunluq və yuxu kimi hissim olmur. Maşın alıb bu arzuya çatanda sevincimin həddi-hüdudu yox idi. Son model “Range Rover” markalı avtomobil almaq istəyirəm, amma hələ onu almağa imkanım yoxdur. Çünki bahadır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Günə son” ictimai-sosial verilişində deyib. 

Sənətçi bildirib ki, hazırda idarə etdiyi avtomobilin qiyməti 100 min manatdır: 

“Qadınlar seçilməyi sevirlər. Belə bir atalar sözü var ki, “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Əvvəllər belə şeylərə önəm vermirdim, amma zaman keçdikcə gördüm ki, əgər müəyyən qədər tanınmağa başlayırsansa, adın dillərə düşürsə və qiyməti ucuz olan avtomobillə toya gəlirsənsə, sənə qəribə baxırlar. Deyirlər ki, bu ad, bu ifa, bu sənət hara, sürdüyü bu ucuz maşın hara... Əvvəllər çox pis olurdum. İlk avtomobilim “Sportage” markalı maşın idi. Ondan sonra gördüm ki, mənə bitəhər baxırlar. Xoşuma gəlməyən bir-iki nüanslar oldu, ondan sonra avtomobilimi dəyişdim. Getdim 100 minlik avtomobil aldım”. 

Nigar tez-tez sürət həddini aşdığına görə cərimə olunduğunu vurğulayıb: 

“Cərimələrim çox olur. Amma buna görə müəyyən yerlərə zəng etmirəm. Əgər bu gün qazanıramsa, ruzim varsa, istər 20, istərsə də 50, lap olsun 100 manat dəyərmi, buna görə, kiməsə zəng etməyə? Bu, pulum çoxdur anlamına gəlmir. Cərimə yazılırsa mən onu ödəməliyəm. Günahın varsa, bədəlini ödəməlisən.
Mənə ən çox cərimələr trasda yüksək sürətlə avtomobili idarə edəndə gəlir. Çünki toylara gecikirəm. Cərimələrim daha çox rayon yollarında və dayanma-durmaya görə gəlir. Sonuncu dəfə sürət həddini aşdığıma görə 80 manat cərimə gəlib, mən də onu ödəmişəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO