Ramiz Məlikin oğlu:

Ramiz Məlikin oğlu: "Gecədən vəziyyəti pisləşdi, danışa bilmirdi" – ÖZƏL 

Hazırda oxunan: Ramiz Məlikin oğlu: "Gecədən vəziyyəti pisləşdi, danışa bilmirdi" – ÖZƏL 

168980

"Atamın vəziyyəti ötən gecə saat 12-dən sonra pisləşdi. Heç danışa da bilmirdi. Özünü çox pis, halsız və zəif hiss edirdi. Ağrıları var idi. Saat 05:00 radələrində atamı itirdik". 

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində bu gün səhər saatlarında uzun sürən onkoloji xəstəlikdən 80 yaşında dünyasını dəyişən Xalq artisti Ramiz Məlikin oğlu Anar Məlik deyib. 

Mərhumun oğlu bildirib ki, atası bir il ərzində müalicələr alsa da, xəstəliyi daha da ağırlaşıb: 

"Atam xəstəliyi ilə bağlı müalicələr aldı. Az da olsa, bu müalicələrin xeyri oldu. Atam mart ayından etibarən mədə altı vəzi xərçəngi xəstəliyinə tutuldu. Əvvəlcə "Live Bona Dea" daha sonra isə Milli Onkologiya Mərkəzində müalicələr aldı. Yayda vəziyyəti stabil idi, oktyabrda isə səhhəti pisləşdi". 
Qeyd edək ki, R.Məlik bu gün 2-ci Fəxri Xiyabanda dəfn olunacaq. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO