Ramiz Məlikin qardaşı:

Ramiz Məlikin qardaşı: "Müalicələr alsa da, səhhəti pis idi"

Hazırda oxunan: Ramiz Məlikin qardaşı: "Müalicələr alsa da, səhhəti pis idi"

168975

"Ramiz onkoloji xəstəlikdən əziyyət çəkirdi. O, səhər saat 05:00 radələrində evində vəfat etdi".

Bu sözləri Xalq artisti Ramiz Məlikin qardaşı Tahir Məlik Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Mərhum sənətkarın qardaşı R.Məlikin bir il müddətində xəstəliyinin daha da ağırlaşdığını bildirib:
"Ramiz bir il ərzində xəstəliyi ilə bağlı Milli Onkoloji Mərkəzdə müalicələr aldı. Onun vəziyyəti bir müddət yaxşı idi, daha sonra yenidən pisləşdi. Ümumi olaraq vəziyyəti ağır idi. Uzanırdı evdə..."

Qeyd edək ki, R.Məlik bu gün 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO