Nəcibə Behbudovanın məzarı dağıldı – VİDEO 

Nəcibə Behbudovanın məzarı dağıldı – VİDEO 

Hazırda oxunan: Nəcibə Behbudovanın məzarı dağıldı – VİDEO 

167473

Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb. 

Bizim.Media xəbər verir ki, bu faktı “Baku TV” ortaya çıxarıb. 

Sözügedən hadisə ilə bağlı Yasamal Bələdiyyəsindən bildirilib ki, qəbir güclü külək nəticəsində dağılıb: 

“Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur, amma ilk dəfədir ki, belə hal baş verib. Biz bilmirik, həmin qəbrin sahibi tapılacaq yoxsa yox. Amma biz özümüz həmin məzar daşını quraşdırıb, həmin yerə baş daşı qoyacayıq”. 
Qeyd edək ki, Nəcibə Behbudova görkəmli müğənni Rəşid Behbudovun bacısıdır. Aktrisa 1999-cu ildə vəfat edib. Nəcibə xanım “Bəyin oğurlanması”, “Fərhad”, “Təxribat”, “Qarabağ şikəstəsi”, “Ulduz” kimi bir çox filmlərdə rol alıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO