"Ailə elə bir məsələdir ki, bu, mənim şəxsi işimdir. Bunun heç kimə deyil, yalnız mənə aidiyyatı var. Bununla bağlı isə heç kimə hesabat vermək niyyətində deyiləm. Bu sualı da mənə heç kim verə bilməz".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Sənətçi sosial şəbəkələrdə boşanması haqda yayılan xəbərlərə münasibət bildirib.
Xatirə bu söhbətlərin şayiə və yalan olduğunu söyləyib:
"Düzünü bilmək istəyirsinizsə, hələ ki, ailəmdə heç bir problem yoxdur. Hələ ki, hər şey yaxşıdır. Arada problem olur. Bütün ailələrdə olduğu kimi, məndə də problemlər olur. Yazılanlar yalandır. Hələ ki, elə bir şey (həyat yoldaşı Fəxrəddin bəylə ayrılığı və boşanmağı nəzərdə tutur - red.) yoxdur. Elə bir şey olsa da gizlətmək mümkün deyil. Çünki belə məsələlər dövlətin əli ilə olur. Olanda da bilinir. Amma belə şey yoxdur".
Qeyd edək ki, Xatirə və Fəxrəddin cütlüyünün Emil adlı bir oğlan övladı var.
- A-
- A
- A+
Şoutaym
21:26 / 24.11.2023
Xatirədən boşanması haqda xəbərlərə REAKSİYA: "Heç kim mənə o sualı verə bilməz"- VİDEO
Hazırda oxunan: Xatirədən boşanması haqda xəbərlərə REAKSİYA: "Heç kim mənə o sualı verə bilməz"- VİDEO
Hazırda oxunan: Xatirədən boşanması haqda xəbərlərə REAKSİYA: "Heç kim mənə o sualı verə bilməz"- VİDEO
165994
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.