Aparıcı Zamirə

Aparıcı Zamirə "Space" TV-nin rəhbərinə məhkəmədə qalib gəldi - FOTO

Hazırda oxunan: Aparıcı Zamirə "Space" TV-nin rəhbərinə məhkəmədə qalib gəldi - FOTO

164696

Xəbər verdiyimiz kimi, aparıcı Zamirə Dadaşova onu işdən kənarlaşdıran "Space TV"nin rəhbəri Vado Karovini məhkəməyə verib.  

Bizim.Media xəbər verir ki, aparıcı məhkəmənin növbəti iclasının bu gün keçirildiyini açıqlayıb.

Zamirə məhkəmədə qalib gəldiyini bildirib: 

"Dostlar, bu dəfə də qalibəm. Bu gün Yasamal rayon məhkəməsində Vado Karovinə ("Space TV"nin rəhbəri - red.) qarşı iddia tələbim təmin edildi. Məhkəmənin qərarı ilə Space MMC-də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm".

Qeyd edək ki, Zamirə heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini söyləmişdi. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO