Nadir aparıcılara ƏSƏBİLƏŞDİ:

Nadir aparıcılara ƏSƏBİLƏŞDİ: "Səhər efirlərinə məni çağırmayın" - VİDEO

Hazırda oxunan: Nadir aparıcılara ƏSƏBİLƏŞDİ: "Səhər efirlərinə məni çağırmayın" - VİDEO

163877

"Bütün aparıcılara səslənirəm, xüsusən də səhər verilişlərinə - hansı ki, saat 10:00-da başlayır, məni oraya dəvət etməyin. Oyana bilmirəm, əsəblərim gedir".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamasında deyib. 

Sənətçi aparıcılardan onu səhər saatlarında yayımlanan verilişlərə çağırmamağı xahiş edib.

"Səhər 6-dan oyanmalı, bütün işlərimi görməliyəm. Bir-bir kiməsə zəng edib deməyim. O veriliş mənə lazım deyil demirəm, sadəcə mənə çətindir. Səhər verilişlərini istəmirəm. Əsəbim, vaxtım, enerjim gedir. Səhər yatmaq istəyirəm. Ən gözəl vaxtdır səhər 8-10-da yatmaq. İşlərim axşam olur deyə, evə gec gəlirəm.  
Ona görə, məni səhər verilişlərinə dəvət etməyin, xahiş edirəm. Artıq yalançı olmaqdan bezmişəm. Nə qədər bəhanə gətirmək olar, nənəm-babam öldü, hansı ki, 100 il əvvəl rəhmətə gediblər. Nə bilim, it-pişiyimiz öldü, ya kimsə. Şəxsən öz payıma deyirəm, məni dəvət etməyin".
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO