İlk dəfə kürəkəni ilə efirə çıxan Mələkxanım:

İlk dəfə kürəkəni ilə efirə çıxan Mələkxanım: "Onlar bir-birini sevirlər" - VİDEO

Hazırda oxunan: İlk dəfə kürəkəni ilə efirə çıxan Mələkxanım: "Onlar bir-birini sevirlər" - VİDEO

163563

Xalq artisti Mələkxanım Eyubova rəssam, bloqer qızı Nəzrin Nəcəfova və gələcək müğənni kürəkəni Mərdan Kazımovla nişanlanmalarından söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində bildirib ki, cütlük bir-birini sevib, nişanlanıb və beləcə evlilik həyatlarına addım atıblar. 

"Mərdan və qızım Nəzrin bir-birilərini seviblər. Hər bir ailə sevgi ilə qurulmalıdır. Sevgisiz ailə, çox getmir. Mənə sual verəndə ki, “uşaqlarınıza sərbəstlik vermisiniz, onlar kimisə sevsə, istəsə razılığını verərsiniz?” Hər zaman cavab verirdim ki, o işə qarışmaram. Çünki valideyn yalnız yol göstərə, istiqamət verib, arxasında möhkəm dayana bilər. Amma əgər iki gənc həqiqətəndə bir-birini sevərsə, heç kim onlara söz deyə bilməz". 
Qeyd edək ki, Nəzrin Nəcəfova illər əvvəl nişanlansa da bir müddət sonra nişanı geri qaytardığını açıqlamışdı.

Nəzrin nişandan əvvəl bir müddət Azərbaycan Televiziyasında (AzTV) "Telesəhər" verilişinin aparıcılarından biri olub. O, Mərdanla nişanlanandan sonra sözügedən kanalla yollarını ayırıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO