Kirkorov Dubayda qaldığı lüks otel otağını NÜMAYİŞ ETDİRDİ – VİDEO 

Kirkorov Dubayda qaldığı lüks otel otağını NÜMAYİŞ ETDİRDİ – VİDEO 

Hazırda oxunan: Kirkorov Dubayda qaldığı lüks otel otağını NÜMAYİŞ ETDİRDİ – VİDEO 

163303

Rusiyanın Xalq artisti Filipp Kirkorov Dubayda dünyanın yeddi ulduzlu hesab olunan "Burj Al Arab" otelində qaldığı lüks otağının görüntülərini nümayiş etdirib. 

Bizim.Media xəbər verir ki, sənətçi "Yelkən" formasında inşa edilən otelin "Əziz" adlı düpleks otağını kirayələyib. 

Kirkorov yataq otağında xüsusi olaraq onun üçün yaradılan şəraitdən də danışıb. Belə ki, otel heyəti "pop kral"ın biri-birindən bahalı, məşhur markalara məxsus geyimləri, ayaqqabıları və aksesuarlarını dolablara yerləşdirib. 

Bundan savayı, Filipp üçün bir neçə masada süfrə açılıb. Müğənni masanın üzərində olan meyvələrdən ibarət şirniyyatların və bahalı alkoqol içkilərin dadına baxaraq otağında xüsusi olaraq onun üçün yaradılan lüks şəraitdən razılıq edib. 
Qeyd edək ki, tez-tez Dubaya gedən F.Kirkorov bu dəfəki səfərində musiqi mükafatlandırma mərasimində iştirak edib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO