Elgiz Əkbər:

Elgiz Əkbər: "Hacıbaba Bağırovun yas mərasiminə qadın sənətçi yarıçılpaq gəlmişdi" - VİDEO 

Hazırda oxunan: Elgiz Əkbər: "Hacıbaba Bağırovun yas mərasiminə qadın sənətçi yarıçılpaq gəlmişdi" - VİDEO 

163197

Aparıcı Elgiz Əkbər Xalq artisti Hacıbaba Bağırovun yas mərasimində yaşanan hadisədən söz açıb.  

Bizim.Media xəbər verir ki, Elgiz aparıcısı olduğu "Elgizlə izlə" ictimai- sosial verilişində bildirib ki, məşhur qadın sənətçisi yarıçılpaq halda mərhum aktyorun yas mərasiminə gəlib.  

"Mən o qadın sənətçinin adını çəkməyəcəm. Çünki ona hörmətim var və çox istəyirəm onu. Amma yas mərasiminə elə bir formada gəlmişdi ki,... Mən şok oldum. Tək mən yox, yas mərasimində olanların hamısı onu bu halda görüb ağzı açıq qalmışdı. Bu hadisə isə Xalq artisti Hacıbaba Bağırovun yas mərasimində yaşanmışdı. Orada bütün sənət adamları vardı. Birdən qapı açıldı, bu qadın içəri girdi. Hamı səsini kəsdi. Hətta orada ağlayanlar da ağlamağını dayandırdılar. İnanırsınız ağzımız açıq qaldı ki, bu nədir? Həmin qadın sənətçi yas mərasiminə lüt gəlmişdi. Adını açıqlamaq istəmirəm", - deyə E.Əkbər vurğulayıb.  
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO