Mehriban Xanlarova: “Ölən bacım uşağını tələf etmək istəyirdi, icazə vermədim” - VİDEO  

Mehriban Xanlarova: “Ölən bacım uşağını tələf etmək istəyirdi, icazə vermədim” - VİDEO  

Hazırda oxunan: Mehriban Xanlarova: “Ölən bacım uşağını tələf etmək istəyirdi, icazə vermədim” - VİDEO  

162390

“Allahdan övlad istədim, amma vermədi. Amma bunlar qaldı geridə... Biz ailədə üç bacı, üç qardaş olmuşuq. Bir bacımı 22 yaşında itirmişəm. Onun 3 yaşında övladı qaldı. Mən ona analıq edirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi bildirib ki, dünyasını dəyişən bacısı övladının tələf olmasını istəyib. 

Lakin aktrisa ana ola bilmədiyi üçün Allahdan bu körpənin doğulmasına dua edib və həmin uşağa analığı məhz özü edib: 

“İllər ötdükcə hiss etdim... Dünyasını dəyişən bacım hamilə idi. Və o, həmin uşağı istəmirdi. Tələf etmək istəyirdi. Elə bil, o bacıma dedim ki, onsuz da uşağım olmur. O körpəni sən dünyaya gətir. İnanın, səmimiyyətimə. O bacım xəstə də deyildi. Sadəcə qoymadım o uşaq tələf olsun. Bəlkə də bu Allahın bir lütfü, səsi idi. Bilmirdim ki, 1993-cü ildə bacım dünyasını dəyişəcək və onun 3 yaşlı uşağı qalacaq. Günlər ötdükcə, yaşımın üstünə yaş gəldikcə “Allahım, bunları mənə yaşacadaqdınmı...” deyirəm”. 

M.Xanlarova sonsuz olmadığını dilə gətirib: 

“Heç yerdə demədiyim bir sirrim idi. Uşağım olmurdu, bəlkə də dərinə getsəydim, uşağım olacaqdı. Sonsuz olmamışam. Üç dəfə hamilə qalmışam, amma tələf olublar. Ana hissini yaşamışam. Allahımdan çox razıyam, heç də peşman deyiləm. Həyat davam edir”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO